Həbsdə olan müğənni Deniz Sekinin “Eşkıya dünyaya hükümdar olmaz” serialındakı səhnələri bugünkü seriyada daha çox yer alacaq.
Axşam.az-ın məlumatına görə, keçən həftə izləyənləri kövrəldən ifaçı bu dəfə həbsdə yazdığı “Büyümüşsündür” adlı mahnını səsləndirəcək.
Qeyd edək ki, o, serialın yaradıcı heyəti – həbsxana arasında razılaşmadan sonra könüllü və qonorarsız şəkildə iki gün çəkilişlərdə iştirak edib.
Xatırladaq ki, serialın baş rollarında Oktay Kaynarca və Deniz Çakır çəkilib.