«Toyota»nın sürücüsü yaşıl işıqda irəli getmək əvəzinə, maşını sürətlə arxaya sürüb.
Bakıda qəribə yol qəzası baş verib. Qəza anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları tərəfindən qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, svetoforun qırmızı işığında dayanan «Toyota» markalı avtomobilin sürücüsü yaşıl işıq yananda irəli getmək əvəzinə, maşını sürətlə arxaya sürüb. Nəticədə arxada dayanmış «Huyundai» markalı avtomobilə çırpılan «Toyota» bir qədər dayandıqdan sonra sürücü irəli hərəkət edib. Daha sonra vurduğu maşınl birlikdə yolun sağında dayanıblar. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.
Avtosfer.az DİN TŞ-yə istinadən həmin görüntüləri təqdim edir: