“Möhtəşəm yüz il: Kösəm”in 7-ci seriyasında aktrisa Beren Saat tamaşaçı qarşısına çıxıb.
Publika.az xəbər verir ki, Berenin 10-cu seriyada daxil olacağı planlaşdırılsa da, “Möhtəşəm yüz il: Kösəm”in gözlənildiyi qədər reytinq toplaya bilməməsi səbəbindən, prodüsserlər onu çəkilişlərə gözləniləndən daha əvvəl cəlb ediblər.
Aktrisanın seriala daxil olması artıq öz təsirini göstərib. Belə ki, onun Sultan Əhmədlə öpüşmə səhnəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmçinin serial reytinq cədvəlində 2 pillə irəliləyib.
Aktrisa hər seriyadan 90 min lirə (təxminən 48 min manat) qazanacaq.
Qeyd edək ki, serialda Kösəm sultanın gəncliyini yunanıstanlı aktrisa Anastasiya Tsilimpou canlandırıb.