“Evdə tək olanda arxamda dayanıb mənə baxır”.
Aparıcı Yusif Ağayev “Onlar” verilişində illər əvvəl vəfat edən həyat yoldaşından danışarkən göz yaşlarına hakim ola bilməyib.
Oxu.Az xəbər verir ki, aparıcı xanımı barəsində bunları dilə gətirib:
“Evdə tək olanda, mətbəxdə iş görəndə mənə elə gəlir ki, həyat yoldaşım arxamda dayanıb mənə baxır. Mən bunu həmişə görmüşəm və həmişə olacaq da”.