Azərbaycanlı müğənni bacılar Flora və Ofeliya Kərimova “O səs Türkiyə” səhnəsinə çıxıblar.
Axşam.az-ın məlumatına görə, onlar Sertab Erenerin repertuarından “Bu böyle” mahnısını səsləndiriblər.
Həmyerlilərimiz ifaları ilə Ebru Gündeşi döndərə biliblər.
Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz və Gökhan-Hakan Özoğuzlar oturur.