Fransa polisi müsəlman bir qadını Paris şəhərinin Pantin ərazisində yerləşən küçədə vəhşicəsinə döyüb.
Avropa.info xəbər verir ki, fransız polislərin müsəlman bir gənci səbəbsiz yerə nəzarətə almaq istəməsi ilə başlayan qısa müddətli mübahisə müsəlman qadının döyülməsi ilə başa çatıb.
Şahidlərinin ifadələrinə görə, ondan artıq fransız polisi Zəhra adında müsəlman qadına hücum edib döyərkən qadın oğlunu polislərdən qorumağa çalışıb.
Hadisədən sonra Jan Verdier xəstəxanasına gedən müsəlman qadının bədənində əziklər, bədəninin müxtəlif yerlərində qançırlar və xüsusilə sağ ayaq və qol topuqlarında burxulmalar olduğu bildirilir.
Xəstəxanada sağlamlıq yoxlamasından keçirilən müsəlman qadına on günlük işə çıxmamaq haqda sənəd verilib.
Qeyd edək ki, müsəlman qadının döyülməsi həvəskar kameralarla lentə alınıb. Həmin hadisənin videosunu təqdim edirik: