Hər kəs üçüncü dünya müharibəsi barədə danışmağa davam edir. Hətta səyahətdən yenicə qayıdan Roma papası da “müharibələrlə dolmuş dünya”, “müharibələrlə parçalanan sülh” gördüyünü deyib. Lakin, üçüncü dünya müharibəsi fikri nə dərəcədə doğrudur?
AzNews.az “InoSMİ” saytında bu barədə yayımlanan məqaləni təqdim edir.
Bu ifadə həm I dünya müharibəsi (1914-1918), həm də II dünya müharibəsi (1939-1945) zamanı ya bütün dünya dövlətlərinin, ya da demək olar ki hamısının iki düşmən koalisiyaya qoşulmasını özündə əks etdirirdi. Birinci dünya müharibəsində bu koalisiyalar mərkəzi dövlətlər və onların müttəfiqləri, ikinci dünya müharibəsində isə “ox” ölkələri və onların müttəfiqləri idi. Bu gün iki düşmən koalisiya arasında belə bir toqquşma baş vermir.
Buna görə də, üçüncü dünya müharibəsi və ya çoxsaylı regional müharibələr yoxdur. Dünyada müharibəyə səbəb ola biləcək 3 münaqişə mövcuddur.
Birinci münaqişə ABŞ-la Rusiya arasındadır. Berlin divarlarının sökülməsindən sonra ABŞ Rusiya ilə Qərbi Avropa arasında iqtisadi ittifaqın yaranmasından qorxuya düşdü. Belə ki, bu cür ittifaq Asiya regionunda nəhəng ərazilərə malik olacaq və çox qüdrətli olacaqdı. Buna görə də, ABŞ Rusiyanı Avropadan ayırmaq, sonra hər iki tərəfi İslam dövlətlərinə qarşı qaldırmaq üçün hər şey etdi.
İkinci münaqişə İslam dünyasında inqilabi əhval-ruhiyyənin dirçəldilməsi ilə bağlıdır. Flippindən Əlcəzairədək bir çox ölkələrdə radikal hərəkatlar baş verdi. Hərəkatın iştirakçıları ilk xəlifələrin ordularının dünyanı zəbt etdikləri və hər yerdə, hətta Avropa sakinlərinə İslam və şəriət qanunlarını qəbul etdirdikləri köklərə geri qayıtmaq istəyirlər. Bu müharibəni Flippin, Əfqanıstan, Çeçenistan, İraq, Suriya, Somali, Sudan, Liviya və Afrikada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının qaniçən dəstələri törədirlər.
Üçüncü münaqişə İslam dünyasının daxilində – şiələrlə sünnilər arasında yarandı. Əsas sünni dövlətləri olan Səudiyyə Ərəbistanı və Türkiyə İran, İraq və Suriya şiələrinin əleyhinə çıxdılar. Bu müharibə İraq, Suriya və Yəməndə aparılır.
Odur ki, hələ dünya müharibəsi yoxdur, lokal müharibələr var. Bəs, avropalılar necə? Avropalılar ABŞ-ın əmrlərinə tabe olur. Avropaya deyildi ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin və Asiyadan, Afrikadan gələn miqrantları, köçkünləri qəbul etsin – Avropa da yerinə yetirir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.