ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevi Vaşinqtona dəvət edib.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində yazıb.
O bildirib ki, 3 dekabr 2015-ci il tarixində ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib:
“Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib”.
PA rəsmisinin sözlərinə görə, Barak Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini bildirib.