Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldo Lionel Messinin ardıcıl 5-ci dəfə “Qızıl top” mükafatını qazanmasına münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu Messinin bu ada layiq olduğunu bildirib:
“Mən də ötən ili yaxşı keçirdim. Ancaq Messi daha şanslı idi. Çünki o, ötən il mənimlə müqayisədə daha çox kubok qazanıb. “Qızıl top” mükafatına 8-ci dəfə namizəd oluram. Deməli, burada olmağım təsadüfi deyil”.
“Messinin hansı özəlliyinə sahib olmaq istərdin” sualını Ronaldo belə cavablandırıb: “Messinin çox yaxşı sol ayağı var. Onun sol ayağına sahib olmaq istərdim”.