Rusiyada 15 yaşlı yeniyetmə mübahisə zamanı yeniyetmə qızı və qadını bıçaqlayaraq öldürüb.
Medianews.az xəbər verir ki, faciə 2025-ci ilin oktyabrın 12-si, İrkutsk vilayətinin Şelexov şəhərində ildə yaşayış binasının girişində baş verib.
Yeniyetmə əvvəlcə həmyaşıdı olan qızla mübahisə edib və ona bıçaqla hücum edib. Qonşu mənzildən çıxaraq kömək etməyə çalışan 23 yaşlı qadın da hücuma məruz qalıb.
Hər iki şəxs aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Şübhəli şəxs qısa müddət sonra saxlanılıb və həbs edilib.
İstintaq zamanı 60-dan çox şahid dindirilib, 15 ekspertiza aparılıb. İş üzrə materiallar məhkəməyə göndərilib və qərarın verilməsi gözlənilir.
Medianews.az