Xalq artisti Aygün Kazımova Bakı Dövlət Universitetinin (BDU) 2025/2026-cı tədris ilinin məzunları üçün nəzərdə tutulan Məzun Günündə konsert proqramı ilə çıxış edəcək.
Medianews.az Bakıvaxtı.az-a istinadən xəbərverir ki, Azərbaycanın pop musiqisinin tanınmış siması məzunlar üçün təşkil olunacaq təntənəli tədbirin əsas qonaqlarından biri olacaq.
Qeyd edək ki, BDU-nun Məzun Gününün iyunun 12-də Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulur.
Tədbirdə universitet rəhbərliyinin, müəllim heyətinin, məzunların və onların ailə üzvlərinin iştirakı gözlənilir.