Paytaxtın Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib.
Medianews.az “Qafqazinfo”ya istinad'n xəbər verir ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.
Onun hansı səbəbdən vəfat etməsi məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.