Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə yeni təyinat olub.
Medianews.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, yeni direktor Gülnar Qəhrəmanova bu gün kollektivə təqdim olunub.
Gülnar Qəhrəmanova Gəncə Dövlət Universitetində “Kimya və biologiya müəllimliyi” ixtisası üzrə bakalavr, həmin ali təhsil müəssisəsində “Genetika” ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2025-ci ildə ADA Universitetinin “Bir müəllimin manifesti” proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən “Tədris və təhsildə liderlik” istiqaməti üzrə təlimdə iştirak edib.