Medianews.az
Deputatların maaşı azaldılır
337 baxış

Deputatların maaşı azaldılır

Macarıstan parlamenti deputatların maaşının azaldılmasına səs verib.

Medianews.az-ın məlumatına görə, iyunun 8-də qəbul edilən qanun layihəsi maaşların 2 milyon 182 min 488 forintdən (5300 dollar) 1 milyon 309 min 493 min forintə (3200 dollar) düşürülməsini nəzərdə tutur. Təşəbbüsü hakim partiya irəli sürüb.

Ölkədə aprelin 12-də keçirilmiş parlament seçkisini Peter Macarın Hörmət və Azadlıq Partiyası udaraq hökumət qurmaq hüququ əldə edib. Mayın 9-da Peter Macar parlamentdə and içərək baş nazir kürsüsünə oturub.

Peter Macarın hakimiyyətdə ilk addımlarından biri dövlət xərclərinin, o cümlədən baş nazirin maaşının qat-qat azaldılması olub. Məlumata görə, Peter Macar 10500 min avroya yaxın maaş alır. Bu, əvvəlki hökumət başçısının maaşının yarısından az məbləğdir.

2010-cu ildən Macarıstana Macar Vətəndaş İttifaqının lideri Viktor Orban baş nazirlik edib. O, 1998-2002-ci illərdə də eyni postu tutub.

Medianews.az

Bizə qoşulun