Medianews.az
"Əgər bunu təşkil edəcəksinizsə, mən hazıram!” -
186 baxış

"Əgər bunu təşkil edəcəksinizsə, mən hazıram!” - Usik

Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx Aleksandr Usikə növbəti döyüşü üçün rəqib təklif edib. Həmçinin o, Usikin 24 may gecəsi Misirdə keçirilən titul döyüşündə məğlub etdiyi Riko Verhovenlə potensial revanş döyüşünü də elan edib.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, döyüşdən sonra Əl-Şeyx deyib: “Biz bunu görmək istəyirik. Biz Usikin Kabayel ilə döyüşməsini və Verhoeven ilə revanş döyüşünü görmək istəyirik”.

Usik cavab verib: “Turki, əgər bunu təşkil edəcəksinizsə, mən hazıram!”

Xatırladaq ki, Usik 11-ci raundda Verhoeveni nokautla məğlub edərək WBC kəmərini üçüncü dəfə qoruyub saxlayıb.

Bizə qoşulun