Medianews.az
Əli Kəriminin 3 mərtəbəli villası
127 baxış

Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu

İran milli futbol komandasının və "Persepolis" komandasının keçmiş oyunçusu Əli Kəriminin aktivlərinin daha bir hissəsi müsadirə olunub.

Bu barədə İslam Respublikasının məhkəmə media orqanı olan "Mizan" məlumat yayıb.

Məlumata görə, Əli Kərimiyə məxsus yeni mülklər müəyyən edilib və onların müsadirə edilməsi barədə qərar verilib: "Əli Kərimiyə məxsus olduğu müəyyən edilən mülk, Gilan əyalətinin Lahican şəhərində 1150 kvadratmetr sahəsi və 600 kvadratmetr açıq sahəsi olan 3 mərtəbəli villadır".

Əvvəllər Əli Kərimiyə məxsus iki ticarət və dörd yaşayış binası ələ keçirilib. /unikal/

Bizə qoşulun