Türkiyədə daha bir jurnalist saxlanılıb.
Medianews.az xəbər verir ki, yazar Alican Uludağ həbs olunub.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə İstanbul Sülh Cəza Məhkəməsinə göndərilib.
Hakim qarşısına çıxan Uludağ həbs edilib.
Qeyd edək ki, Alican Uludağ DW Türkçənin Ankara müxbiridir.