Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması üçün dəqiq tarix yoxdur, sonrakı addımlar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin gedişatından asılı olacaq.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindən RİA Novosti-yə (Rusiya) bildirilib.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin sözlərinə görə, Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar.
Qeyd edilib ki, hazırkı mərhələdə sərhədlərin açılma tarixi müəyyən edilməyib və prosesin dinamikası ikitərəfli dialoqun inkişafından asılı olacaq.
Həmçinin Ankara konstruktiv danışıqların davam etdirilməsini gözləyir: “Bu, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək”.(redaktoraz)