Fransada 28 yaşlı britaniyalı turist Lyusi Stemp musiqi festivalına təkbaşına səfər etdikdən sonra itkin düşüb.
Medianews.az xəbər verir ki, o, Fransanın Brest şəhərində keçirilən festivalda iştirak etmək üçün ölkəyə gedib və 30 may tarixindən etibarən onunla əlaqə kəsilib.
Sonuncu dəfə Parisin 12-ci rayonunda yerləşən Bersi ərazisində görüldüyü bildirilir.
Ailəsi və yaxınları onun vəziyyətindən ciddi narahat olduqlarını, gənc qadının təkbaşına yol tapmaqda çətinlik çəkə biləcəyini deyiblər. Hazırda onun axtarışı davam edir.
Medianews.az