Endokrinoloq Darya Haykina bildirib ki, sağlamlığa zərər vermədən gündə 100-150 qram gilas yemək mümkündür.
Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, hətta faydalı məhsullar belə normadan artıq qəbul edilməməlidir.
O, gilası əsas yeməkdən sonra istehlak edilməsini tövsiyə edib. Həkim xəbərdarlıq edib ki, həddindən artıq gilas yemək köp və qanda şəkər səviyyəsinin kəskin dəyişməsinə səbəb ola bilər.
Haykina həmçinin qeyd edib ki, gilasın tərkibində yuxu və oyaqlıq dövrlərini tənzimləyən melatonin maddəsi var. Buna görə də günün ikinci yarısında ölçülü miqdarda gilası yemək daha rahat yuxuya getməyə və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Medianews.az