Medianews.az
10 iyun tarixi ilə bağlı
121 baxış

10 iyun tarixi ilə bağlı XƏBƏRDARLIQ

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Medianews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 10-da gecə və səhər saatlarında bəzi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşma ehtimalı var.

Belə ki, sabah avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Bizə qoşulun