Medianews.az
Hindistanda əridilmiş dəmir işçilərin üzərinə töküldü -
152 baxış

Hindistanda əridilmiş dəmir işçilərin üzərinə töküldü - Ölənlər və yaralananlar var

Hindistanda metal zavodunda baş verən faciəvi hadisə nəticəsində səkkiz nəfər həyatını itirib, daha altı nəfər isə yaralanıb.

Bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Andhra Pradeş əyalətinin Vişaxapatnam şəhərində yerləşən metal fabrikində qeydə alınıb. Kranla daşınan 1600 dərəcə Selsi temperaturda əridilmiş dəmirin işçilərin üzərinə tökülməsi faciəyə səbəb olub.

Hadisə zamanı zavodda təhlükəsizlik prosedurlarının pozulub-pozulmadığı araşdırılır. Polis faktla bağlı istintaq başladıb.

“Press Trust of India”ya (PTI) açıqlama verən rəsmi nümayəndə 8 nəfərin öldüyünü, 6 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığını bildirib.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.//Qafqazinfo

Bizə qoşulun