Medianews.az
İdeal yuxu pozası yoxdur –
78 baxış

İdeal yuxu pozası yoxdur – mütəxəssisdən açıqlama

Neyrofizioloq Fadi Hallal bildirib ki, hər kəs üçün ideal yuxu mövqeyi mövcud deyil.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, adətən sol böyrü üstə yatmaq ən sağlam mövqe hesab edilsə də, bu yalnız müəyyən hallarda faydalıdır. Həkim qeyd edib ki, bu mövqe əsasən hamiləliyin son aylarında olan qadınlar və qastroezofageal reflüksdən əziyyət çəkən insanlar üçün tövsiyə olunur.

Mütəxəssis vurğulayıb ki, digər insanlar üçün konkret yuxu pozasını məsləhət görmək düzgün deyil. Onun fikrincə, ən yaxşı yuxu mövqeyi insanın rahat istirahət etməsinə və ağrısız oyanmasına imkan verən mövqedir.

Medianews.az

Bizə qoşulun