Medianews.az
Kərim Xan vəzifəsindən
109 baxış

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna İştirakçı Dövlətlərin Assambleyasının Bürosu bu qurumun prokuroru Kərim Xanı vəzifəsinin icrasından müvəqqəti olaraq kənarlaşdırıb.

Medianews.az xəbər verir ki, bu barədə məhkəmə bəyanat yayıb.

Bildirilib ki, bu addım Kərim Xana qarşı irəli sürülmüş qısnama ittihamları ilə bağlıdır. Qərar dərhal qüvvəyə minir və intizam icraatı başa çatana qədər qüvvədə olacaq.

Büro intizam icraatının materiallarını assambleyanın baxışına göndərib. Məsələnin araşdırılması üçün "mümkün qədər qısa müddətdə" qurumun xüsusi sessiyasının çağırılacaq.

Xatırladaq ki, 2024-cü ildə Xana qarşı cinsi zorakılıq ittihamları irəli sürülüb./publika.az

Bizə qoşulun