ABŞ-nin Hyuston şəhərində təkrar emal konteynerinə girən kişi təsadüfən zibil maşınının yük hissəsinə düşüb.
Medianews.az xəbər verir ki, zibil maşınının sürücüsü konteyneri boşaldarkən kömək səsləri eşidib. Məlum olub ki, konteynerin içində olan kişi maşının yük hissəsində sıxışıb qalıb və ayaqlarının zədələndiyini bildirib. Hadisə yerinə xilasedicilər çağırılıb.
Yanğınsöndürənlər kişini kranın köməyi ilə çıxararaq xərəkdə xəstəxanaya çatdırıblar. Onun xilasetmə əməliyyatı zamanı huşunun yerində olduğu və xilasedicilərə kömək etdiyi bildirilib.
İlkin ehtimala görə, kişi konteynerdə nəsə axtararkən içəri girib. Konteynerdə isə yalnız karton tullantıları olub.
Medianews.az