Medianews.az
Kuivin Kelleher "Liverpul"a qayıda bilməyəcək
176 baxış

Kuivin Kelleher "Liverpul"a qayıda bilməyəcək

İngiltərənin "Liverpul" klubu qapıçı Kuivin Kelleheri geri qaytara bilməyəcək.

Medianews.az "Report"a istinadən xəbər verir ki, klub irlandiyalı qolkiperin müqaviləsinə geri satınalma bəndi daxil etməyib.

Ötən yay təxminən 20 milyon avro qarşılığında "Brentford"a transfer olunduqdan sonra irlandiyalı qolkiper əsas heyət oyunçusuna çevrilərək İngiltərə Premyer Liqasında keçirdiyi uğurlu mövsümdə 10 matçda qapısını toxunulmaz saxlayıb.

Azarkeşlərin böyük marağına və Alissonun tez-tez zədələnməsinə baxmayaraq, rəhbərlik Kelleherin geri dönüşünü real hesab etmir. İrlandiyalı oyunçunun yenidən transferi üçün Mersisayd təmsilçisi rəqiblə danışıqlar aparmalı və onun üçün tələb olunan məbləği ödəməlidir.

Qeyd edək ki, "Liverpul" 37 turdan sonra 62 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizə qoşulun