Medianews.az
Macarıstandan Dünya çempionatında
99 baxış

Macarıstandan Dünya çempionatında ən çox fərqli qələbə rekordu

Macarıstanın 1982-ci il Dünya çempionatında El Salvador üzərində 10:1 hesablı qələbəsi Dünya çempionatı tarixində ən böyük qələbə fərqi rekordudur.

Medianews.az Lent.az-a istinadən xəbərinə görə, Macarıstan Dünya çempionatı tarixində ən böyük qələbələrdən bəzilərinə imza atıb.

1982-ci il Dünya çempionatında Macarıstanın El Salvador üzərində 10:1 hesablı qələbəsi Dünya çempionatı tarixində ən böyük qələbə fərqi kimi qeydə alınıb.

Macarıstan 1954-cü il Dünya çempionatında Cənubi Koreyanı 9:0 hesabı ilə məğlub etməyi bacarıb. Yuqoslaviya 1974-cü il Dünya çempionatında Zairə qarşı da eyni nəticəni əldə edib.

Dünya çempionatı tarixində ən böyük qələbə fərqi ilə qeydə alınan xallar:

1082-ci il, Macarıstan - El Salvador 10:1

1954-cü il, Macarıstan - Cənubi Koreya 9:0

1974-cü il, Yuqoslaviya – Zair 9:0

1938-ci il, İsveç – Kuba 8:0

1950-ci il, Uruqvay – Boliviya 8:0

2002-ci il, Alaniya – Səudiyyə Ərəbistanı 8:0

Ən çox qollu oyunlar

Dünya çempionatı tarixində ən çox qol vurulan oyun 1954-cü ildə İsveçrədə keçirilən turnirdə baş tutub.

Avstriya ev sahibi İsveçrəni 7-5 hesabı ilə məğlub edib və oyunda 12 qol vurulub.

1938-ci ildə Braziliya-Polşa, 1954-cü ildə Macarıstan-Qərbi Almaniya və 1982-ci ildə Macarıstan-Salvador oyunlarında da hərəyə 11 qol vurulub.

Dünya çempionatı tarixində ən çox qol vurulan 5 oyun aşağıdakılardır:

1954-cü il, Avstriya-İsveçrə 7:5 (12 qol)

1938-ci il, Braziliya – Polşa 6:5 (11 qol)

1954-cü il, Macarıstan – Qərbi Almaniya 8:3 (11 qol)

1982-ci il, Macarıstan – El Salavador 10 : 1 (11 qol)

1958-ci il, Fransa – Paraqvay 7:3 (10 qol)

Bizə qoşulun