Medianews.az
O qadın psixi xəstə imiş -
95 baxış

O qadın psixi xəstə imiş - DİN AÇIQLAMA YAYDI

Bakının Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, hadisə metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında baş verib. Qadın küçədə hərəkət edən avtomobillərdən birinin üzərinə çıxaraq uzanıb, sürücünün avtomobili idarə etməsinə mane olub. Nəticədə sözügedən yolda hərəkət dayanıb.

Bizə qoşulun