ABŞ-də ölümcül yol qəzasına səbəb olan 43 yaşlı qadın olanlarda öz itini günahlandırıb.
Medianews.az xəbər verir ki, hadisə Minnesota ştatında baş verib.
Hadisə nəticəsində 82 yaşlı qadının idarə etdiyi avtomobil aşıb və o, hadisə yerində həyatını itirib. Şübhəli sürücü bildirib ki, iti yeməyə çatmağa çalışarkən sükanı itələyib və avtomobilin hərəkət istiqamətini dəyişib.
Polis qadının nitqinin anlaşılmaz olduğunu müəyyən edib. Alkoqol testi mənfi çıxsa da, o, qəzadan əvvəl bir neçə dərman qəbul etdiyini etiraf edib. İstintaq zamanı qadının daha əvvəl də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məsuliyyətə cəlb olunduğu məlum olub.
Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib və hazırda həbsdə saxlanılır.
Medianews.az