Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının Avropa İttifaqındakı (Aİ) ən böyük siyasi birlik olan Avropa Xalq Partiyasına qoşulması ilə bağlı danışıqlar aparılır.
Bu barədə “Euractiv” portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, bununla bağlı hələlik yekun qərar yoxdur, eləcə də son tarix də müəyyən edilməyib. Bununla belə, Paşinyan artıq Avropa Xalq Partiyasına üzvlükdə maraqlı olduğunu ifadə edib. Təsdiq olunacağı təqdirdə prosesin 2026-cı ildən sonra başa çata biləcəyi bildirilir.
Xatırladaq ki, iyunun 7-si Ermənistanda parlament seçkiləri keçirilib. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81% səslə qalib gəlib. Rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb./“Qafqazinfo”