“Mançester Siti” rəsmi olaraq Pep Qvardiolanın mövsümün sonunda istefa verəcəyini təsdiqləyib.
İspaniyalı səmimi bir müsahibədə “Siti”də çalışdığı dönəmdə hansı qərarına görə peşman olduğunu açıqlayıb.
O, 2016-cı ildə, heyətdəki yerini itirdiyi və icarəyə göndərildiyi zaman qapıçı Co Harta qarşı necə sərt davrandığını xatırlayıb.
“Etiraf etmək istəyirəm. Peşmanam. Çox qərar verəndə səhv edirsən. İllərdir dərin bir peşmançılığım var: Co Hart yaxşı qapıçı olsa da, ona dəyərini sübut etmək şansı vermədim. Bunu etməli idim.
Mən Klaudio Bravoya, Edersona tam hörmət edirəm – o, gələndə dəyərli idi. Bəzən kifayət qədər ədalətli deyiləm. Şübhələrim olanda insanlarla danışıram, amma o vaxtlar 100% əmin idim ki, mən bunu etməliyəm. Klub məni bu işdə dəstəklədi”./publika.az