Medianews.az
Stüardessanın faciəvi ölümü -
87 baxış

Stüardessanın faciəvi ölümü - Başı qayığa dəydi

ABŞ-də Kelli Melinda Ulyams adlı stüardessa dənizdə üzərkən motorlu qayıq tərəfindən vurulub.

Medianews.az xəbər verir ki, iyunun 3-ü, hadisə Florida ştatında, Mayami yaxınlığındakı “Hollywood Beach” sahilində snorkelinq zamanı baş verib.

Məlumata görə, qadın baş nahiyəsindən ağır zərbə alaraq həyatını itirib. Onun cansız bədəni balıqçılar tərəfindən sudan çıxarılıb.

Hadisə ilə bağlı yerli polis və Florida Vəhşi Təbiəti Mühafizə Xidməti tərəfindən araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun