Medianews.az
Sürücü sükan arxasında öldü -
81 baxış

Sürücü sükan arxasında öldü - Avtomobil obyektə çırpıldı

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az bildirir ki, “Qafqazinfo”nun xəbər verir ki, qəza şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 57 yaşlı şəhər sakini Vüqar Nağırov avtomobillə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan ölüb.

Bundan sonra nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında yerləşən obyektə çırpılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı sürücünün həyatını itirdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun