Medianews.az
Tim Kukdan "Apple" pərəstişkarlarna
138 baxış

Tim Kukdan "Apple" pərəstişkarlarna emosional vida

"Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk WWDC 2026 tədbirinin yekununda emosional nitq söyləyib. 

Medianews.az xəbər verir ki, bu çıxış onun şirkət rəhbəri kimi son rəsmi müraciəti olub.

Kuk tədbirə yekun vurarkən bu cür konfransların onun CEO kimi fəaliyyətində ən önəmli anlardan biri olduğunu bildirib. Onun sözlərinə görə, tərtibatçılara yeni alətlərin təqdim edilməsi və onların bu texnologiyalardan istifadə edərək yeni məhsullar, təhsil imkanları və fərqli təcrübələr yaratmasını izləmək ona insan təxəyyülünün sonsuz olduğunu daim xatırladıb.

"Apple"da işlədiyim dövrdə ən yaddaqalan anlardan biri məhz bu cür tədbirlər olub, biz sizə güclü yeni alətlər təqdim edirdik. Sizin bunlarla yaratdıqlarınız mənə daim göstərir ki, təxəyyülün sərhədi yoxdur", deyə Tim Kuk bildirib.

O, "Apple"ın hər zaman əsas prioritetinin insanların ehtiyaclarına cavab verən məhsullar hazırlamaq olduğunu vurğulayıb və şirkətin ən yaxşı nailiyyətlərinin hələ qarşıda olduğuna inandığını qeyd edib. Çıxışının sonunda Kuk auditoriyaya təşəkkür edərək "Apple"a rəhbərlik etməyin onun üçün böyük şərəf olduğunu deyib.

Tim Kuk 2011-ci ildə Stiv Cobsun yerinə keçərək "Apple"a rəhbərlik edib. Sentyabr ayında isə onun yerini aparat mühəndisliyi üzrə baş vitse-prezident Con Ternus tutacaq və o, yeni nəsil iPhone təqdimatı dövründə şirkətə rəhbərlik edəcək.//Qaynarinfo

Bizə qoşulun