Medianews.az
Toydan dərhal sonra faciə:
92 baxış

Toydan dərhal sonra faciə: Helikopter qəzaya düşdü

ABŞ-də toy mərasimindən dərhal sonra baş verən helikopter qəzası faciə ilə nəticələnib.

Medianews.az xəbər verir ki, hadisə Corciya ştatının Dousonville şəhərində baş verib.

Deyv Fidji və onun həyat yoldaşı Jessni toy mərasimindən sonra Atlantaya getmək üçün helikopterə minib. Lakin hava şəraiti səbəbindən uçuş gecikib və qalxışdan bir neçə dəqiqə sonra helikopter meşəlik əraziyə çırpılıb.

Qəza nəticəsində pilot və bəy həyatını itirib. Gəlin isə dağıntılar altında təxminən 5 saat sonra tapılıb və ciddi xəsarət almayıb. Məlumata görə, bəy son anlarda onu qorumağa çalışıb.

Hadisə ilə bağlı ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

Medianews.az

Bizə qoşulun