Medianews.az
Turist gəmisi batdı:
98 baxış

Turist gəmisi batdı: 4 saat suda qaldılar

İndoneziyada Flores adası sahillərində rusiyalı turistin olduğu kiçik gəmi batıb.

Medianews.az xəbər verir ki, gəmidə yalnız turist və kapitan olub.

Gəmi batmağa başlayanda kapitan SOS siqnalı verib.

Hadisə yerinə gələn xilasedicilər əvvəlcə suda heç kimi tapmayıblar. Sonradan məlum olub ki, turist və kapitan təxminən 4 saat suda qalaraq Seraya adasına üzərək çıxıblar.

Hər iki şəxs Flores adasındakı xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, gəmi rifə çırpıla bilər.

Medianews.az

Bizə qoşulun