OPEC+ koalisiyası xam neftin gündəlik hasilat normalarını dəyişir.
Medianews.az xəbər verir ki, iyulun 1-dən Səudiyyə Ərəbistanı hasilatı 10 milyon 353 min, Rusiya 9 milyon 824 min, İraq 4 milyon 378 min, Küveyt 2 milyon 644 min, Qazaxıstan 1 milyon 608 min, Əlcəzair 995 min, Oman 831 min barrel müəyyən edə bilər.
Qalan ölkələr üzrə hasilat həddi belədir:
Meksika – 1 milyon 753 min barrel
Nigeriya – 1 milyon 500 min barrel
Azərbaycan – 551 min barrel
Malayziya – 401 min barrel
Konqo – 277 min barrel
Bəhreyn – 196 min barrel
Qabon – 177 min barrel
Cənubi Sudan – 124 min barrel
Bruney – 83 min barrel
Ekvatorial Qvineya – 70 min barrel
Sudan – 64 min barrel.
OPEC-ə Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.