ABŞ-də yük maşını sürücüsü qadını qaçıranın əlindən xilas edib.
Medianews.az xəbər verir ki, sürücü hərəkəti şübhəli görünən minik avtomobilini izləyib və salonda olan qadının şüşəyə vuraraq kömək istədiyini görüb.
O, yük maşını ilə avtomobilin yolunu kəsib. Bundan istifadə edən qadın avtomobildən çıxaraq sürücünün kabinəsinə sığınıb.
Hadisə yerindən qaçmağa çalışan şübhəli şəxs polis tərəfindən saxlanılıb. Məlum olub ki, qadın bir neçə saat əvvəl qaçırılıbmış. O, xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə olmadığı bildirilib.
Polis cəsarətli hərəkətinə görə yük maşını sürücüsünə təşəkkür edib.
Medianews.az