Daha bir aparıcının verilişi yayımdan çıxarılıb.
Musavat.com xəbər verir ki, tanınmış aparıcı Samir Bayramlının ARB-də yayımlanan “Fullshow” verilişi bağlanıb.
Aparıcı özü bu barədə sosial media hesabında məlumat verib və verilişin bağlanmasının səbəblərinə aydınlıq gətirib. Samir Bayramlı bildirib ki, artıq bir aydır ki, şəxsi istəyinə və qarşılıqlı razılaşmaya əsasən ARB TV-də yayımlanan və özəl media ilə birlikdə ərsəyə gətirdiyi “FULLSHOW” verilişini dayandırıb, yollarını ayırıb.
O, paylaşımında belə yazıb:
“1 ilə yaxın bir müddətdə birgə çalışdığım bütün komandaya təşəkkür edir, onlara yeni işlərində uğurlar arzu edirəm. Ümid edirəm ki, növbəti gözəl layihələrdə yenidən görüşəcəyik”.