Türkiyənin tanınmış media rəhbəri və televiziya siması Acun Ilıcalı qatıldığı YouTube proqramında bu dəfə açıqlamaları ilə deyil, qolundakı lüks saatla diqqət mərkəzinə düşüb.
Medianews.az Sonxəbər.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Ilıcalının taxdığı saatın təxminən 3 milyon dollar dəyərində olduğu iddia edilib. Məlumata görə, saatın Türkiyə lirəsi ilə dəyəri mövcud məzənnə əsasında 139 milyon lirəni ötür.
Lüks aksesuarın qiyməti qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi saatın dəyərinə təəccübləndiyini ifadə edərkən, bəziləri isə bu məbləğin bir çox daşınmaz əmlakın qiymətindən yüksək olduğunu qeyd edib.
Qeyd edək ki, Acun Ilıcalı sahib olduğu dəbdəbəli həyat tərzi, bahalı avtomobilləri, yaxtaları və eksklüziv kolleksiyaları ilə tez-tez medianın diqqət mərkəzində olur.