Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.
Medianews.az əldə etdiyi məlumata görə, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.
Hadisə bu gün Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, minik avtomobili vəkilin qızının idarə etdiyi motosikletlə toqquşub.
Nəticədə 17 yaşlı qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Allah rəhmət eləsin! (e-huquq.az)