Medianews.az
DÇ-2026:
154 baxış

DÇ-2026: Sabahkı oyunlar

İyunun 11-də start götürmüş XXIII dünya futbol çempionatı qrup mərhələsi oyunları ilə davam edir.

Medianews.az xəbər verir ki, iyunun 17-si İ, J, K və L qruplarında qarşılaşmalar olacaq.

İ qrupunda Norveç – İraq, J qrupunda Argentina – Əlcəzair və Avstriya – İordaniya, K qrupunda Portuqaliya – Konqo, L qrupunda İngiltərə – Xorvatiya oyunları keçiriləcək.

Oyunlar Bakı vaxtıyla bu saatlarda başlanacaq:

Saat 02:00 Norveç - İraq

Saat 05:00 Argentina - Əlcəzair

Saat 08:00 Avstriya - İordaniya

Saat 21:00 Portuqaliya - Konqo DR

Saat 24:00 İngiltərə - Xorvatiya

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.

Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun