Medianews.az
Elmar Hüseynovun oğlu Bakıda
177 baxış

Elmar Hüseynovun oğlu Bakıda - 18 ildən sonra

2005-ci ildə qətlə yetirilən “Monitor" jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun oğlu Aslan Hüseynov 18 ildən sonra Bakıya gəlib.
Medianews.az xəbər verir ki, o, atasının məzarını ziyarət edib. Bu barədə görüntü sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, mərhum jurnalistin ölümündən 1 il sonra həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət ermişdi.
Xatırladaq ki, “Monitor" baş redaktoru 37 yaşında - 2005-ci il martın 2-də, saat 21:00 radələrində, işdən evə qayıdarkən yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 39 nömrəli evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilib.
BakuPost
 
BakuPostBakuPost

Bizə qoşulun