Medianews.az
Xırdalanda DƏHŞƏT:
183 baxış

Xırdalanda DƏHŞƏT: Yaşayış binaları belə yandırılır

İddialara görə, Xırdalanda “Xələfli MTK”ya məxsus binalardan biri artıq ikinci dəfədir ki, qəsdən yandırılır.

Medianews.az xəbər verir ki, hadisə ilə bağlı bina sakinləri sosial şəbəkədə paylaşım ediblər.

Belə ki, yayılan görüntülərdə naməlum şəxslərin binadakı plastik boruların üzərinə yandırılmış əski parçaları atdığı bildirilir.

Bundan bir neçə gün əvvəl isə həmin binanın şaxtasında yerləşən elektrik şitlərinin alovlanmasını əks etdirən görüntülər yayılmışdı. Sakinlərin sözlərinə görə, həmin vaxt da yandırılmış parça elektrik şitlərinin üzərinə atılıb.

Hadisənin kimlər tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır./Bakupost.az/

Bizə qoşulun