Medianews.az saytı Azov dənizində PUA-ların vurduğu gəmilərdən birinin kapitanı Fuad Orucovun fotolarını təqdim edir.
Xatırladaq ki, mayın 5-i gecə Azov dənizində iki xarici yük gəmisinin - “Natra” və “Zirkon” quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucov həlak olub, üç nəfər yaralanıb.
Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.
Gəmilərin heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub.
Gəmilərin heç biri Azərbaycan dövlətinə məxsus deyil. Hər iki gəmi xarici bayraq altında üzüb.
Medianews.az





