Türkiyə millisinin dünya çempionatına yola salınması möhtəşəm kortejlə yadda qalıb.
Medianews.az xəbər verir ki, Türkiyə milli komandası 2026-cı il dünya çempionatına yola düşərkən azarkeşlər tərəfindən möhtəşəm şəkildə yola salınıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə minlərlə avtomobildən ibarət nəhəng kortejin İstanbulda Yavuz Sultan Səlim körpüsü üzərindən hərəkət etdiyi əks olunub. Azarkeşlər Türkiyə bayraqları, siqnallar və marşlarla milli komandaya dəstək nümayiş etdiriblər.
Futbolçuları daşıyan kortej hava limanına qədər müşayiət olunub. Yolda yaranan coşqulu atmosfer sosial mediada böyük marağa səbəb olub.
Qeyd edək ki, Türkiyə yığması 2026-cı il dünya çempionatında uğurlu çıxış etmək və əsas kubok uğrunda mübarizə aparmaq niyyətindədir.
Medianews.az