Medianews.az
Qapılar açıldı:
159 baxış

Qapılar açıldı: ermənilər Türkiyə sərhədini keçdi

Erməni biznes nümayəndələrinin Ermənistan–Türkiyə sərhədində yerləşən “Marqara” sərhəd-keçid məntəqəsindən keçdiyini əks etdirən görüntülər yayılıb.

Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV-ləri məlumat və videogörüntülər yayıb. Məlumata görə, uzun müddətdir bağlı qalan sərhəd-keçid məntəqəsi bu səfər üçün xüsusi olaraq açılıb. Ermənistandan olan biznes nümayəndələri məhz bu keçid vasitəsilə Türkiyə ərazisinə daxil olublar.

Qeyd edək ki, “Marqara” sərhəd-keçid məntəqəsi hələ 2023-cü ilin dekabrından istismara hazır vəziyyətə gətirilib. Planlaşdırılırdı ki, ilkin mərhələdə məntəqə üçüncü ölkələrin vətəndaşları üçün açıq olsun.

Lakin həmin vaxtdan bəri keçid məntəqəsindən yalnız rəsmi şəxslər və Türkiyədə baş vermiş zəlzələdən sonra yardım göstərmək məqsədilə xilasedicilər istifadə ediblər.

Bizə qoşulun