Medianews.az
Ölüm anında belə faciənin
79 baxış

Ölüm anında belə faciənin qarşısını aldı

Türkiyənin Ordu vilayətində sərnişin mikroavtobusu sürücüsünün son anda göstərdiyi soyuqqanlılıq mümkün faciənin qarşısını alıb.

Medianews.az xəbər verir ki, Ulubey rayonu ilə Ordu şəhəri arasında sərnişin daşıyan mikroavtobusun sürücüsü, 38 yaşlı Cantürk Topal idarəetmə zamanı qəfil halı pisləşib.

Hadisənin Çatallı məhəlləsində baş verdiyi bildirilib.

İlkin məlumata görə, sürücü sükan arxasında ürək tutması keçirib. Buna baxmayaraq, o, nəqliyyat vasitəsini nəzarətdə saxlamağa çalışıb və mikroavtobusu yol kənarındakı maneələrə kontrollu şəkildə çırparaq dayandırıb.

Sürücünün soyuqqanlı davranışı sayəsində mikroavtobusda olan sərnişinlər ciddi qəzadan və xəsarətdən xilas olublar.

Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. İlk yardım göstərildikdən sonra Cantürk Topal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başladılıb.

Medianews.az

Bizə qoşulun