Medianews.az
Atası ilə bağlı paylaşımı gündəm oldu -
84 baxış

Atası ilə bağlı paylaşımı gündəm oldu - VİDEO

Türkiyənin məşhur “Fənərbaxça” klubunda duyğulu anlar yaşanıb.

Medianews.az xəbər verir ki, klubun prezidenti Sadettin Saran vəzifəsindən ayrılmağa hazırlaşarkən klub əməkdaşları ilə vidalaşıb.

Vida görüşündə onun qızı Lal Saran da iştirak edib. Sadettin Saran klub işçiləri ilə bir-bir görüşərək onlara göstərdikləri xidmət və dəstəyə görə təşəkkür edib. Görüş zamanı emosional anlar yaşanıb.

Xüsusilə Lal Saranın klub binasında atasının lövhədəki şəklinə baxarkən kövrəlməsi diqqət çəkib. O, həmin anları sosial media hesabında paylaşaraq atasına olan sevgisini və qürur hissini ifadə edib.

Lal Saran paylaşımında “Çox qürur duyuram. Xüsusilə də sənin təmiz qəlbinlə...” sözlərini yazıb. Paylaşım qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub və minlərlə bəyənmə toplayıb.

Medianews.az

Bizə qoşulun