Medianews.az
İnsanlar bölgələrdə iş tapsa,
186 baxış

İnsanlar bölgələrdə iş tapsa, Bakıda tıxac da azalacaq - DEPUTAT

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçirilməsi müzakirə edilir.

Maraqlıdır, bu, paytaxtda tıxacın azalmasına səbəb ola bilərmi?

Medianews.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, bunlar da tıxacın qarşısını almayacaq:

"Çünki tıxac daha qlobal bir problemdir. Bu problemin həlli üçün alternativ yolların çəkilməsi, dəniz üzərindən nəqliyyat marşrutlarının yaradılması və ya körpü infrastrukturunun daha müasir, çoxmərtəbəli, asma tipli modellərlə inkişaf etdirilməsi daha effektiv nəticə verə bilər. Digər vacib məsələ isə Bakının yükünün azaldılması istiqamətində addımların atılmasıdır".

Millət vəkilinin fikrincə, regionların inkişafı və sahibkarlığın dəstəklənməsi vacibdir ki, insanlar yaşadıqları bölgələrdə iş tapa bilsinlər:

"İnsanlar regionlarda məşğulluq imkanları əldə etdikcə, paytaxta axın da azalacaq. Nəticə etibarilə, əhali sıxlığı azaldıqca tıxac probleminin də müəyyən dərəcədə aradan qaldırılması mümkün olacaq".

Bizə qoşulun